22.11.2024, 13:48
AZ EN
01.10.2022, 16:50 142

92 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 92 yeni yoluxma faktı qeydə alınıb, 143 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 821 532 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 810 730 nəfər müalicə olunaraq sağalıb, 9 919 nəfər vəfat edib, aktiv xəstə sayı 883 nəfərdir. Ölkədə son sutka ərzində 2 656, hazırkı dövrədək isə 7 252 623 test aparılıb.

Son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan vaksinin sayı isə 1 080 olub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 541, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 140, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 340, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 59 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 891 469, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 382 480, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 867 656, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 379 537, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 261 796 nəfər təşkil edir.

Oxşar xəbərlər