Xəzər Cəfərov 2020- ci ildə İkinci Qarabağ Müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş və yaralanmışdır.
Azərbaycan Silahlı Qüvvələrinin kapitanı olan Cəfərov Xəzər Qalib oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdam rayonunun Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Cəfərov Xəzər Qalib oğlu Neftçala şəhəri Şəhidlər Xiyabanında böyük izdihamla dəfn edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Cəfərov Xəzər Qalib oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən uğrunda” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilmişdir.
Şəhidimiz ailəli idi, onun iki övladı Vətənə əmanət qalıb.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD