22.09.2024, 05:53
AZ EN
22.02.2024, 11:46 262

Pedaqoji Universitetdə Xocalı faciəsi ilə bağlı görüş keçiriləcək

XƏBƏRLƏR
  • Fevralın 23-də Azərbaycan Gənclər Fondunun “Böyük qayıdış” Gənclər Təşkilatının təşkilatçılığı ilə Pedaqoji Universitetdə görüşü keçiriləcək.

Görüşdə Xocalı faciəsindən və Gənclər Fondunun sədri, yazıçı Varis Yolçuyevin Milli qəhrəman Əlif Hacıyevə həsr etdiyi “Qırmızı ləçəklər” romanından danışılacaq.

Qeyd edək ki, “Qırmızı ləçəklər” romanı adı tariximizə qızıl hərflərlə həkk edilmiş qəhrəman şəhidimiz Əlif Hacıyevlə belarus Qalina Mankonun Xocalı soyqırımı nəticəsində yarımçıq qalmış gerçək bir sevgi hekayətindən bəhs edir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində işıq üzü görən bu roman xarici dillərə tərcümə olunaraq bir neçə ölkədə çap olunub.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər