Mərasimdə vəkillər, hüquqşünaslar, müəllimlər, media nümayəndələri və xarici qonaqlar iştirak ediblər.
Bu il Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 illiyidir. 1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiya ölkəmizin hüquqi əsasını təşkil edir.
Təqdim olunan “Uşaqlar üçün hüquq: Konstitusiyaya səyahət” adlı kitabın çap edilməsinin məqsədi uşaqları hüquq dünyasına sadə, canlı və maraqlı hekayələr vasitəsilə cəlb etməkdir. Kitabda hər bir hekayə Azərbaycan Respublikası Konstitusiyasının maddələrindən birini əhatə edir və uşaqlar üçün anlaşıqlı şəkildə izah edilir. Hekayələrin qəhrəmanları uşaqlardır - onların dili ilə azadlıq, bərabərlik, təhsil, müdafiə və şəxsiyyətə hörmət kimi fundamental hüquqlar izah olunur.
Kitabın müəllifi “Legalaid” hüquq şirkətinin təsisçisi, VK-nın üzvü Sona Səlimli-Ələsgərovadır. Müəllifin fikrincə hüquqi biliklər elə uşaqlıqdan formalaşmalıdır. Bu kitab da məhz hüququn uşaqlara yaxınlaşdırılması məqsədilə hazırlanıb.
Kitab Azərbaycan və rus dillərində nəşr edilib. (AZƏRTAC)