IX-XI sinif şagirdlərinin riyaziyyat, rəqəmsal texnologiyalar, təbiət və humanitar elmlər, intellektual oyunlar, mədəniyyət və incəsənət sahələrində bilik və bacarıqlarını nümayiş etdirən regional və respublika mərhələsi olmaqla iki hissədən - bilik və şahmat yarışından ibarət olan olimpiadada Cəbrayıl rayonunun Əsgər Veysəlov adına Sirik kənd tam orta məktəbinin XI sinif şagirdi “Cəbrayıl” komandasının üzvü Allahverdi Ərşad oğlu Həmidov şahmat kateqoriyası üzrə I lövhədə I yerə layiq görülüb.
Qeyd edək ki, olimpiadada Bakı şəhərinin hər inzibati rayonundan bir komanda olmaqla 12 komanda bilik yarışı üzrə, 12 komanda isə şahmat üzrə mübarizəyə qoşulub.
Olimpiadanın keçirilməsində məqsəd müxtəlif sahələrdə bilik və bacarığı ilə seçilən istedadlı gəncləri aşkar etmək, şagirdlərdə əməkdaşlıq, effektiv ünsiyyət, liderlik keyfiyyətləri, müzakirə mədəniyyəti, qərar vermə, komanda ilə işləmə, analitik və məntiqi düşünmə, planlaşdırma və strategiya qurma bacarıqlarını inkişaf etdirmək, onlar arasında sağlam rəqabət mühitini formalaşdırmaq və region gəncləri arasında ünsiyyət mühitini genişləndirməkdir.
Hazırladı: Mina RƏŞİD