27.10.2025, 05:38
AZ EN
21.10.2025, 11:59 209

Doğma yurdda  öz işimlə insanlara şərəflə xidmət edəcəyəm

XƏBƏRLƏR
  • Böyük Qayıdış proqramı çərçivəsində Zəngilana köç etmiş vətəndaşların məşğulluq imkanlarının artırılması istiqamətində işlər davam etdirilir.

Doğma yurduna qayıdan sakinlər özünəməşğulluq proqramına cəlb olunaraq müxtəlif istiqamətlər üzrə aktivlərlə təmin edilirlər.

Proqram sayəsində onlar həm dayanıqlı gəlir mənbəyi formalaşdırır, həm də regionun sosial-iqdisadi inkişafına dəstək olurlar.

Zəngilan sakini Ramil Orucov da aktivlərlə təmin olunub.

O, özü haqqında deyir:

“Məcburi köçkün düşməmişdən öncə biz burda yaşayırdıq. Mən 11-ci sinfi burda bitirmişəm. 

Allah cənab Prezidentimizin canın sağ eləsin. Onun rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı düşmən işğalından azad etdi. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə cansağlığı versin. Onların sayəsində biz yenidən doğma yurdlarımıza qayıtdıq, burda yaşayırıq. Yenidən doğma yurda qayıttdığıma görə çox şadam. Mən usta kimi Dövlət Məşğulluq Agentliyinin Ağalı kəndindəki filialına müraciət elədim. Çox sağ olsunlar, köməklik elədilər. Dərslərdə iştirak etdim. Qısa müddətdə bu avadanlıqları qurub burda işimə davam etmək istəyirəm.  İnşallah, öz kiçik biznesimi quracam və öz işimlə insanlara xidmət edəcəyəm”.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər