01.08.2025, 01:50
AZ EN
30.05.2025, 12:56 240

Anadolu Agentliyinin rəhbəri: Qarabağ Zəfərini ayrıca bir kitab ilə bütün dünyaya çatdırdıq

XƏBƏRLƏR
  • “Bir millət, iki dövlət – Türkiyə və Azərbaycan” olaraq hər zaman birlik və bərabərlik içərisindəyik. Bu gün Azərbaycan milli mətbuatı 150 yaşındadır. Anadolu Agentliyi olaraq Türk Xəbər Agentlikləri Birliyinin üzvü kimi qardaş agentlik olan AZƏRTAC-la əməkdaşlıq şəraitində fəaliyyətimizə davam edirik.

Bu sözləri Naxçıvanda keçirilən “MEDİAFEST-2025” tədbirinə ünvanladığı videotəbrikdə Anadolu Agentliyinin baş direktoru Serdar Karagöz bildirib.

O deyib: “Azərbaycanın möhtəşəm qələbəsini – Qarabağ Zəfərini də ayrıca bir kitab ilə bütün dünyaya çatdırdıq. Bu kitab qardaş ölkənin haqlı mübarizəsinin və Zəfərinin bütün dünyada eşidilməsinə öz töhfəsini verdi. Mən Anadolu Agentliyi adından Azərbaycan milli mətbuatının 150-ci ildönümünü bir daha ürəkdən təbrik edirəm”. (AZƏRTAC)

Oxşar xəbərlər