Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və təşkilat nümayəndələri, həmçinin Xocalı rayon sakinləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov səyyar görüşdə sakinlərə ilk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət, eləcə də, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət qərarları haqqında ətraflı məlumat verib.
Daha sonra qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, onları narahat edən məsələlər Rayon İcra Hakimiyyəti başçısının nəzərinə çatdırılmışdır.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin qeydiyyatı aparılaraq nəzarətə götürülüb.
Səyyar görüş-qəbulda 37 nəfər iştirak edib.
Mina RƏŞİD