Müəllif təqdimat mərasimində yeni kitabını oxucular üçün imzalayacaq.
Qeyd edək ki, “Qanun” Nəşrlər Evində işıq üzü görən roman cəlbedici üslubu və texnikası ilə müəllifin yaradıcılığında yeni mərhələ kimi dəyərləndirilir. Əsərdə yazıçı xəyali bir məkanda baş verən milli azadlıq hərəkatı və onun nəticələri kontekstində siyasət-sənət münasibətlərinə bədii-estetik pəncərədən baxmağa çalışır. Bəşəriyyətin xilası ideyası bu dəfə fərqli bir rakursdan dəyərləndirilir, ona bir az ironik, bir az da absurd münasibət göstərilir.
Xatırladaq ki, “Rəng mühəndisi” Şərif Ağayarın sayca altıncı romanıdır. Oxucular indiyədək onun “Haramı”, “Gülüstan”, “Arzulardan sonrakı şəhər”, “Ağ göl” və “Komandir” romanları ilə tanışdırlar. O, eyni zamanda, “Aftafalı antrakt” və “Arıların səssizliyi” hekayələr kitabının müəllifidir.
Təqdimat mərasiminə giriş sərbəstdir.
Hazırladı: Mina RƏŞİD