İtkin – şəhid Novruzov Əsəddin Curu oğlu Mingəçevir şəhər şəhidlər xiyabanında, yaylım atəşi və hərbi orkestrın himn sədaları altında torpağa tapşırılıb.
Mərasimdə şəhidin doğmaları, Mingeçevir şəhər və Ağdam rayon ictimaiyyətinin nümayəndələri və şəhər sakinləri iştirak edib.
Sonda şəhidin tabutuna bükülmüş üç rəngli bayraq şəhidin oğluna təhvil verilib. Şəhidin ruhuna dualar oxunub. Məzar üzərinə əklil və gül dəstələri düzülüb. (Trend)