30.04.2024, 09:22
AZ EN
29.09.2022, 12:00 339

Döyüşlərdə böyük əzmkarlıq göstərib

XƏBƏRLƏR
  • 44 günlük Vətən müharibəsində vuruşan igidlərin şücaəti tarix boyu xalqımızın yaddaşından silinməyəcək.

Xalqımızın həyatını, gələcəyini, şərəfini və qürurunu xilas edən və bu yolda fədakarcasına canını qurban verən qəhrəman şəhidlərimiz! Bu gün müharibə yoxdursa, məcburi köçkünümüzün bir qismi öz doğma yurduna köçübsə və bütünlüklə köçəcəksə, ən əsası yenilmiş ölkə deyil, qalib ölkə vərəndaşı kimi başı uca gəziriksə, bunu siz şəhidlərə borcluyuq. Sizlər bizə şərəflə yaşayacağımız bir həyat qoyub getdiniz. Ata-baba yurdlarımızdakı narahat ruhlarımızın əbədi rahatlığını təmin etdiniz. Sizi əbədiləşdirmək isə boynumuzun borcudur..

Vətən müharibəsinin əvvəlindən döyüşə zonasına könüllü yollanan oğullarımızdan biri də Elşən Aslanovdur.

Aslanov Elşən Alxas oğlu 1999-cu il sentyabrın 29-da Qaradağ rayonunun Qızıldaş qəsəbəsində anadan olub. O, orta təhsilini Qızıldaş qəsəbəsində yerləşən Azər Namazov adına 180 saylı tam orta məktəbdə alıb.

Sonra isə Azərbaycanın ərazi bütövlüyü, Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə böyük əzmkarlıq göstərib, qanının son damlasına qədər vuruşub. Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad olunmasında qəhrəmancasına döyüşüb, rəşadət göstərib. Cəbrayıl-Qubadlı istiqamətində döyüşünü davam etdirən Elşən Aslanov 2020-ci il noyabrın 22-də ön cəbhədə vuruşan zaman qəhrəmancasına  şəhid olub.

Azərbaycan Silahlı Qüvvələrin əsgəri Elşən Aslanov ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad  olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Məzarı nurla dolsun!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər