Yarışda iştirakçılar 4 hadisə üzrə bilik və bacarıqlarını göstəriblər.
Sözügedən hadisələr A, B, C və D variantları olaraq adlandırılıb.
A variantı - Gərginlik altına düşmüş şəxsin təhlükəli ərazidən təxliyəsini "Qız Qalası", "Şirvanşahlar", "Odlar Yurdu" və "Naxçıvan" komandaları göstəriblər.
B variantı - Yanğın söndürən balonlarından istifadə və yanğının söndürülməsi texnikasını "Xaçmaz", "Qarabağ" və "Aran" komandaları tərəfindən nümayiş etdirilib.
C variantı - Zərərçəkən şəxsə süni nəfəsin verilməsi və ürəyin masajını "Qərb", "Cənub" və "Şimal-qərb" nümayiş etdiriblər.
D variantı - Fərdi mühafizə vasitələrindən istifadə qaydalarını "Şirvan", "Sumqayıt" və "Mərkəzi -Aran" komandaları tərəfindən göstərilib.
Münsiflər heyətinin qərarı ilə A, B, C və D variantları üzrə müvafiq olaraq "Naxçıvan", "Cənub", "Qarabağ" və "Mərkəzi Aran" komandaları finala yüksəliblər. Yarışın ikinci günündə "Qarabağ" komandası birinci yerə, "Mərkəzi Aran" komandası ikinci yerə, "Cənub" komandası isə üçüncü yerə layiq görülüb. İlk üç yeri tutan komandalara mükafatlar təqdim olunub. (Report)