26.07.2025, 10:15
AZ EN
12.06.2024, 07:17 350

Keçmiş məcburi köçkün: Şuşanın hər bir qarışı üçün darıxmışıq

XƏBƏRLƏR
  • 21 yaşımda iki nəfərlə çıxdığım doğma yurduma yeddi nəfərlə, nəvələrimlə 54 yaşımda qayıdıram.

Bunu bu gün Şuşa şəhərinə köç edən keçmiş məcburi köçkün Almaz Həsənova deyib.

O qeyd edib ki, sevincini, həyəcanını ifadə etməkdə çətinlik çəkir:

"Bakıda "Qağayı" pioner düşərgəsində köçkünlük həyatı yaşamışıq. Şuşanın hər bir qarışı üçün darıxmışıq.

Mən Şuşada Xan qızı Natəvanın evində, uşaq sanatoriyasında işləyirdim. Bundan sonra da Şuşada ömrümüzə davam edəcəyik, yaşayıb-yaradacağıq.

Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!" (Report)

Oxşar xəbərlər