02.08.2025, 04:17
AZ EN
22.05.2025, 12:49 362

Xocalı sakini: Bu gün həsrətin bitdiyi, arzuların, ümidlərin gerçəkləşdiyi gündür

XƏBƏRLƏR
  • Ömrümüzün 30 ilindən çoxunu yurd həsrəti ilə “Vətən, Vətən...”, - deyərək keçirdik. Doğma yurdumuza qayıtmaq arzusu, ümidi ilə yaşadıq. Bu gün həsrətin bitdiyi, arzuların, ümidlərin gerçəkləşdiyi gündür.

Bu sözləri Xocalıya köç edən keçmiş məcburi köçkün Azər Ələsgərov söyləyib.

“Sevincimizin həddi-hüdudu yoxdur, doğma yurdumuza qovuşuruq. Bu sevinci bizə bəxş edən Prezidentimizə, Ordumuza minnətdaram”, - deyə o bildirib.

Qeyd edək ki, bu gün respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalıya yola salınıb. Bu mərhələdə Xocalı şəhərinə 1 ailə (5 nəfər), Ballıca kəndinə isə 8 ailə (29 nəfər) köçürülür.(AZƏRTAC)

Oxşar xəbərlər