Müdafiə Nazirliyindən bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, eləcə də respublikamızın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər xüsusi vurğulayıblar ki, dahi rəhbər Heydər Əliyev tərəfindən başlanılan qüdrətli milli ordu quruculuğu istiqamətində davamlı islahatlar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonda qalib komandalara kubok və medallar təqdim olunub. (AZƏRTAC)