23.06.2025, 14:15
AZ EN
03.05.2025, 20:28 167

Azərbaycanı təmsil edən BANM-ın komandası “TECHNOFEST-2025”də birinci yer tutub

XƏBƏRLƏR
  • Şimali Kipr Türk Respublikasında keçirilən “TECHNOFEST-2025”də Azərbaycanı təmsil edən Bakı Ali Neft Məktəbinin (BANM) "Qızıl Qaya" komandası “TECHNOFEST-2025”də birinci yer tutub.

Azərbaycan komandasına mükafatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdim edib.

"Qızıl qaya" komandası turizm texnologyaları kateqoriyasında birinci yeri tutub.

BANM-ın digər komandası “Xudafərin” isə “Tədqiqat Layihələri – Ətraf Mühit və Enerji” kateqoriyası üzrə 3-cü yer tutub.

Qeyd edək ki, 11-ci “TECHNOFEST-2025” festivalı mayın 4-dək davam edəcək. Festival ŞKTC Prezident Administrasiyası, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi və Türkiyənin Texnologiya Komandası Vəqfi (T3 Foundation) tərəfindən dəstəklənir. (Report)

Oxşar xəbərlər