Bu gün onun doğum günüdür
Tərzan Haşımov 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Gizir Tərzan Haşımov düşmən dilini təmiz bilirmiş. Döyüş yoldaşlarının dediyinə görə, bir neçə dəfə düşmənlə rabitəyə girərək düşmən texnikasını məhv ediv. Qarabağın azadlığl uğrunda qürurla döyüşdən-döyüşə atılan igidimiz 20 oktyabr tarixində Füzuli istiqamətində gedən ağır döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Tərzan Haşımov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Allah rəhmət eləsin!
Tahirə AĞAMİRZƏ