Bu sözləri Ağdama qayıdan keçmiş məcburi köçkün Fikmət Bağırov söyləyib.
Ailəsi ilə birlikdə Ağdama qayıtdığını vurğulayan keçmiş məcburi köçkün “ordumuzun qələbəsinə və doğma el-obama qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur" - deyə bildirib.
O qeyd edib ki, artıq Ermənistanın 30 illik işğalına son qoyulub. Azərbaycanın bu ərazilərində abadlıq-quruculuq işləri geniş vüsət alıb: “İşğaldan azad edilmiş torpaqlarımız əsl sakinlərini qəbul edir. Bu ərazilərə yeni nəfəs, qurub-yaratmaq həvəsli gənclər, doğma torpaqlarını sevən insanların ətri gələcək. Ölkəmiz üçün yeni, uğurlu bir dövr başlayıb.
Bu gözəl günləri bizə yaşadan cənab prezidentimizə öz minnətdarlığımı bildirirəm. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirəm”. (AZƏRTAC)