Bu sözləri bu gün Ağdərə rayonunun Suqovuşan kəndinə köç edən keçmiş məcburi köçkün Kamandar Həsənov söyləyib.
“Bu tarixi anları bizə Müzəffər Ali Baş Komandan və şanlı Ordumuz yaşatdı. Prezidentimizə, hərbçilərimizə öz adımdan, ailəm adından sonsuz minnətdarlığımı bildirirəm. Allahdan şəhidlırimizə rəhmət, qazilərə cansağlığı diləyirəm”, - deyə keçmiş məcburi köçkün bildirib. (AZƏRTAC)