02.07.2025, 01:43
AZ EN
31.03.2025, 11:30 94

Bu gün qəhrəman şəhidimiz Murad Məmmədovun doğum günüdür

XƏBƏRLƏR
  • Torpaqlarımızın işğaldan azad edilməsində, tarixi qələbənin qazanılmasında böyük şücaət göstərərək canını Vətən yolunda qurban verən igidlərimizdən biri də Murad Məmmədovdur. Murad muradına çatdı, çünki onun ən böyük arzusu torpaqlarınızın yağı düşməndən təmizlənməsi idi. Murad da gülə-gülə müqəddəs şəhidlik zirvəsinə ucaldı. Bilirdi ki, igidlərimiz bu müharibəni zəfərlə sonunclandıracaq. Bütün şəhidlərimizin qisası alınacaq...

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Murad Əzizulla oğlu Məmmədov 1995-ci il martın 31-də Qusar rayonunun İmamqulukənd kəndində anadan olub. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 12 oktyabr tarixində bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Murad Məmmədov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları və ilə təltif edilib.

Ruhu şad olsun!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər