13.03.2025, 19:20
AZ EN
13.03.2025, 12:58 67

Vətən müharibəsi qazisi “YAŞAT” Fondunun dəstəyi ilə əməliyyat olunub

XƏBƏRLƏR
  • “YAŞAT” Fondunun dəstəyi ilə Vətən müharibəsi iştirakçısı Ceyhun Mehtiyevin üzərində növbəti uğurlu əməliyyat həyata keçirilib.

Qazimiz deyir ki, sentyabrın 27-də döyüşlərə  Kəlbəcər istiqamətində qatıldım və Şuşa uğrunda gedən əməliyyatlarda yaralandım. Bir çox yerlərdə əməliyyat olmağıma baxmayaraq, son vaxtlarda səhhətimlə bağlı problem yarandı və “YAŞAT” Fondunun dəstəyi ilə əməliyyat olundum.

Dilqəm Məmmədov, həkim:                                         

- “YAŞAT” Fondunun dəstəyi ilə Ceyhun Mehtiyev adlı qazimiz bizə müraciət etdi. Qazimizin sağ ayağnda kompleks toxuma defekti vardı. Daha öncə bir neçə dəfə müxtəlif mərkəzlərdə əməliyyat  olmuşdu. Qazimiz dəyərləndirdi, kompleks toxuma deffektini aradan qaldırmaq üçün vicudunun başqa yerindən sərbəst toxuma köçürülməsi uğurlu bir şəkildə həyata keçirildi. Hal-hazırda ümumi vəziyyəti qənaətbəxşdi. Sabah evə yazılmasını  planlayırıq.

Qeyd edək ki, Vətən müharibəsi iştirakçısı Mehtiyev Ceyhun Çingiz oğlu 44 günlük Vətən müharibəsinə Kəlbəcər istiqamətində gedən döyüşlərdən başlayıb və oktyabrın 30-na kimi döyüşlərdə iştirak edib. Ceyhun Şuşa uğrunda gedən döyüşlərdə yaralanıb. O, Vətən müharibəsində göstərdiyi xidmətlərə görə “Cəsur döyüşçü, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən Müharibəsi iştirakçısı” medaları ilə təltif  edilib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər