Gənclərin intellektual səviyyəsini, dünya görüşünü, zehni inkişafını stimullaşdırmaq, asudə vaxtlarını səmərəli və mənalı təşkil etmək, onlar arasında bilik və elmin nüfuzunu artırmaq məqsədi ilə keçirilən tədbirdə 8 komanda (40 nəfər) iştirak edib.
İntellektual oyunda birinci yeri Xocavənd rayon 4 saylı tam orta məktəbin “Parlaq gələcək” komandası, ikinci yeri Tuğ kənd 1 saylı tam orta məktəbin “Bayraqdar” komandası, üçüncü yeri yenə də Tuğ kənd 1 saylı tam orta məktəbin “Akademiklər” komandası əldə edib.
Qalib komandalar diplomla təltif olunub.
Mina RƏŞİD