24.04.2025, 21:55
AZ EN
19.02.2025, 10:04 265

Ülfət Kərimovun anası vəfat etdi

XƏBƏRLƏR
  • Birinci Qarabağ müharibəsinin şəhidi Ülfət Kərimovun anası Fatma Kərimova vəfat edib.

"Vətən səsi" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Kərimovlar ailəsindən bildirilib ki, xeyli vaxtdır xəstə olan Fatma ana dünən günün ikinci yarısında dünyasını dəyişib. Mərhum bu gün Qaradağ rayonunun Müşfiq qəsəbəsində, Bakı-Şamaxı yolu üstündə kəlbəcərlilər üçün salınan yeni qəbiristanlıqda torpağa tapşırılacaq.

Xatırladaq ki, Ülfət Ələkbər oğlu Kərimov 1971-ci il fevralın 23-də Kəlbəcər şəhərində anadan olub. Sovet ordusunda hərbi xidmətini başa vurandan sonra Azərbaycan Dövlət Neft-Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) oxuyub. Lakin ermənilərin Kəlbəcərə aramsız hücumları onu təhsilini yarımçıq qoyaraq rayona qayıtmağa vadar edib. O, Kəlbəcərdə könüllülərdən ibarət özünümüdafiə batalyonuna qoşularaq sərhəd kəndlərinin müdafiəsində dayanıb.

Ülfət Kərimov 1993-cü ilin mart ayının 27-də Kəlbəcər rayonunun Ağdaban kəndi istiqamətində şəhid olub. 1993-cü il sentyabrın 13-də ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Elxan SALAHOV

Oxşar xəbərlər