Bunu Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov deyib.
O, bildirib ki, Sosial Tədqiqatlar Mərkəzi ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edən publik hüquqi şəxsdir.
Çox şadam ki, Mərkəzin yarandığı ilk günlərdən bu ailənin üzvüyəm: "Aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrini tutduqdan sonra hazıra ölkəmizin ən tanınmış beyin mərkəzlərindən birinin sektor müdiri vəzifəsində çalışıram.
Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü hörmətli Zahid Orucla birlikdə çalışmaq və dövlətimizin uğurlarına töhfə vermək böyük fəxrdir. Hörmətli Zahid Oruc bizə əsl liderlik bacarıqlarını nümayiş etdirib və bizim peşəkar inkişafımıza hər zaman dəstək olub.
Müqəddəs Vətən müharibəsi və antiterror əməliyyatında Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı kimi efir məkanında fəal çıxışlarla yanaşı, dövlətimizin Ali rəhbərliyinə sorğu əsaslı ciddi analik, təhlil materialları təqdim etmişik.
Qürur hissi keçirirəm ki, dövlətimizin ərazi bütövlüyünün təmin olunması və suverenliyin bərqərar olunmasından sonrakı proseslərdə, yeni dövlət quruculuğunda, data əsaslı idarəçilikdə Sosial Tədqiqatlar Mərkəzi fəal yer alır.
Sosial Tədiqatlar Mərkəzində çalışdığım dövrdə dövlət siyasətinin detallı şərhi ilə yanaşı, ictimai-siyasi sahədə mütəmadi təhlil, rəy və açıqlamalarım geniş ictimaiyyət arasında mühüm nüfuz qazanıb.
Bütün uğurlara Mərkəzimizin güclü kadr potensialı sayəsində imza atılıb.
Mərkəzimiz ötən illər ərzində ölkəmizdə ictimai rəyin öyrənilməsi, sosial problemlərin elmi əsaslarla araşdırılması və dövlət siyasətinin effektiv icrasına dəstək verən mühüm bir mərkəzə çevrilmişdir.
Mənə çox doğma olan mərkəzimiz bundan sonra da Cənab Prezidentin siyasi kursuna uyğun olaraq, ölkəmizin inkişafına, sosial sahədə aparılan islahatların dərinləşdirilməsinə və ictimai rəyin daha obyektiv təhlilinə mühüm töhfələr verməyə davam edəcək".
Tahirə AĞAMİRZƏ