“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin ofisində 2023-cü ilin antiterror əməliyyatları zamanı şəhid olan qəhrəmanlarımızın ailə üzvləri ilə görüş keçirilib.
Görüşdə şəhid ailələrinin problemləri dinlənilib, şəhid övladlarının təhsili, ailələrin maddi-məişət problemləri ilə bağlı müzakirələr edilib. Şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.