Görüşdə Respublika fənn olimpiadaları (RFO), IV və VI siniflər üzrə monitorinqlər, IX və XI siniflər üzrə buraxılış imtahanları, Beynəlxalq Şagird Qiymətləndirmə Proqramları, BilBacar müsabiqəsi, Cerebry layihəsi ilə bağlı təhlillər təqdim olunub.
Görüşdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov təhsilin keyfiyyətinin artırılması, Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin illər üzrə müqayisəli təhlili, məktəblərin IV və VI siniflərində aparılan monitorinqlər, ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarına hazırlıq barədə çıxış edib.
Sonra Tədrisin keyfiyyəti sektorunun müdiri səlahiyyətlərini icra edən Nərmin Musayeva təqdimatla çıxış edərək Beynəlxalq Şagird Qiymətləndirmə Proqramları, BilBacar müsabiqəsi və Cerebry layihəsi ilə bağlı məlumat verərək görülən işlər barədə danışıb.
Daha sonra mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Tahirə AĞAMİRZƏ