14.03.2025, 21:45
AZ EN
31.01.2025, 08:26 242

Bu gün şəhid Rüstəm Dünyamalıyevin doğum günüdür

XƏBƏRLƏR
  • Dünyamalıyev Rüstəm Nəriman oğlu 1993-cü il yanvarın 31-də Şamaxı rayonu, Qonaqkənd kəndində anadan olub. Şamaxı rayonu Qonaqkənd kənd tam orta məktəbində təhsil alıb. Orta təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarına hərbi xidmətə çağrılıb.

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Dünyamaliyev Rüstəm Nəriman oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz böyük izdiham və ehtiramla Şamaxı, Qonaqkənd kənd qəbiristanlığında torpağa tapşırılıb.
Prezident İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında müvafiq sərəncamlarına əsasən əsgər Dünyamalıyev Rüstəm Nəriman oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Qeyd edək ki, şəhidimiz ailəli idi, onun üç övladı Vətənə yadigar qalıb.

Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər