Qeyd olunub ki, İspaniyanın Valensiya şəhərində istehsal etdiyi çini heykəllərlə dünyaca məşhur olan "Lladro" şirkəti bu dəfə "Qarabağ atı"nı satışa çıxarıb.
Bu isə erməniləri isterikaya salıb. Erməni mətbuatında Qarabağın guya Ermənistanın tarixi hissəsi olduğu, Azərbaycanın mədəni irsinin qeyd olunmasının isə reallığa uyğun olmadığı bildirilir. Onlar şirkətin bəyanatını tənqid etməklə yanaşı, həm də "Lladro" məhsullarını boykot etməyə çağırıblar.
Şirkətin reklam bületenində heykəlcik şəklinin yanında “Qarabağ atı” Azərbaycanın mədəni irsinin və onun əyilməz ruhunun simvoludur. Rəssamlarımız bu unikal cinsin zərifliyini və gözəlliyini vurğulayaraq onu çini heykəldə təsvir ediblər. Qədim adət-ənənələrə sadiq qalaraq at zəngin rənglərlə bəzədilmiş naxışlı Qarabağ xalçasına bürünüb deyirlər və sözü gedən “Qarabağ atı” çini heykəlinin qiyməti 13480 manatdır.
Günel QULİYEVA