Bu sözləri erməni işğalından azad edilmiş Füzuli şəhərinə səfər edən beynəlxalq səyahətçilər qrupuna daxil olan tailandlı Ponqtarin Tanthasindhu deyib.
“Təəssüflər olsun ki, işğal illəri ərzində ermənilər bu ərazilərdə yalnız dağıntılar törədiblər”, - deyən Ponqtarin Tanthasindhu bildirib ki, ermənilərin basdırdığı minalar səbəbindən turistlərin bu yerlərə sərbəst səfər etmək imkanı yoxdur: “Ümid edirəm ki, bir gün bütün minalar təmizləndikdən sonra insanlar bu ərazilərin gözəlliyinin bir daha şahidi olacaqlar”. (AZƏRTAC)