26.12.2024, 05:39
AZ EN
25.12.2024, 17:50 105

AZAL ona məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib

XƏBƏRLƏR
  • "Azərbaycan Hava Yolları" QSC (AZAL) ona məxsus Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Aviaşirkətin açıqlamasında deyilir:

Bu gün AZAL üçün son dərəcə ağır və faciəli bir gündür. “Embraer-190” təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən sərnişinlərə və ekipaj üzvlərinə Allahdan rəhmət diləyir, ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk. Onların ağrısı bizim də ağrımızdır. Xəsarət alanlara tez bir zamanda şəfa arzulayırıq. (Report)

Oxşar xəbərlər