18.12.2024, 19:21
AZ EN
18.12.2024, 15:56 127

Biləcəri qəsəbəsində zəngilanlı sakinlərin səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü Binəqədi rayonu, Biləcəri qəsəbəsində məskunlaşan zəngilanlı sakinlərlə  keçirilib.

Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, rayonun idarə və müəssisə rəhbərləri iştirak etdilər. Vətəndaşlar ümumi problemlərlə bağlı Rayon İcra Hakimiyyəti başçısına müraciət etdilər.

Müraciətlər dinlənildikdən sonra sakinlərə müvafiq izah verilərək qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti tapşırıqlar verildi.

Sonda rayon sakinləri mütəmadi olaraq keçirilən görüşlərin əhali tərəfindən müsbət qarşılandığını, bu görüşlərin mövcud problemlərin həllində böyük əhəmiyyət daşıdığını vurğulayaraq, dövlət tərəfindən əhaliyə göstərilən diqqət və qayğıya görə Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənova öz minnətdarlıqlarını bildirdilər.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər