2022-ci ilin iyulun 6-sı həqiqi hərbi xidmətə yollanıb. Əvvəlcə Gəncə şəhəri N saylı hərbi hissədə, daha sonra isə Şuşa şəhəri N saylı hərbi hissədə Vətənə xidmət edib. Xidmət müddətində bir neçə dəfə Laçın istiqamətində gedən lokal döyüş əməliyyatlarında iştirak edib. Xidmət etdiyi müddət ərzində döyüş və ictimai-siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə görə hərbi hissə komandiri tərəfindən fəxri fərmanla təltif olunub. 2023-cü il 19-20 sentyabrda baş vermiş antiterror əməliyyatlarında Xocalının Muxtarkənd, Daşkənd kəndlərinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş, Xankəndi şəhərinin "Xaç Postu" deyilən yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.
Məmmədhəsənov Qasim Bilal oğlu 21 sentyabr 2023-cü ildə yaşadığı Qaraqaşlı kəndində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Şəhidimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə doğma kəndində abidə kompleksi inşa edilib.
Məmmədhəsənov Qasim Bilal oğlu ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD