17.12.2024, 20:48
AZ EN
17.12.2024, 14:11 205

Hacıqabul rayonunda Qubadlı sakinlərinin səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov Hacıqabul rayonunda, 101 evlik məcburi köçkün qəsəbəsində sakinlərin səyyar qəbulunu keçirib.

Qəbulda Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİHB-nın inzibati ərazi darəsi üzrə nümayəndələri və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak edib. Qəbul zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin bəziləri yerində həll olunub. Bəzi məsələlər üçün müvafiq izahatlar verilib. Digər müracət edənlər isə görülən işlərə görə minnətdarlıq bildirdilər. Onların arzu və təklifləri həssaslıqla dinlənilib, qaldırdıqları məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi.

Qəbuldan razı qaldıqlarını bildirən sakinlər, məcburi köçkün həyatı yaşadıqları dövrdə problemlərinin həllində köməklik göstərən, onlara yaxından dəstək olan Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər