11.06.2025, 05:17
AZ EN
07.09.2022, 16:00 417

Qarabağ gənclərinin həmrəylik düşərgəsi təşkil ediləcək

XƏBƏRLƏR
  • “Birlik” Qarabağ gənclərinin həmrəylik düşərgəsi bu dəfə “Şuşa İli” çərçivəsində daha böyük, rəngarəng və zəngin proqramla təşkil ediləcək.

Gənclərin İnkişaf və Karyera Mərkəzindən bildiriblər ki, Qarabağda dirçəlişlə bağlı ideyalarını bölüşmək, müxtəlif təlimlər, tematik vörkşoplar, panel müzakirələr, intellektual və komanda inkişafı oyunları vasitəsilə öyrənərək əylənmək istəyən gənclər müraciət edərək düşərgədə iştirak şansı qazana bilərlər.

Düşərgə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Azərbaycan Gənclər Fondunun dəstəyi ilə sentyabr 12-dən 16-dək 200 nəfər gənclə birlikdə Şamaxı rayonunda keçiriləcək.

Qeyd olunub ki, düşərgədə iştirak hüququna malik olmaq üçün COVID pasportu (minimum 2 doza olmaqla) və ya yararlı immunitet sertifikatı mütləqdir.

Qeydiyyatdan keçən şəxslər növbəti mərhələyə uğurla keçdikləri halda müsahibə mərhələsinə dəvət olunacaq.

Düşərgədə iştirak hüququ qazanan gənclər yaşayış çadırlarında qalacaqlar.

Seçimlər zamanı 18-25 yaşarası fəal və yaradıcı Qarabağ gənclərinə üstünlük veriləcək.

Qeydiyyatdan keçmək üçün https://bit.ly/BİRLİK linkə daxil ola bilərsiniz.

Qeydiyyatın son tarix sentyabrın 9-u saat 23:59-da bitir. (AZƏRTAC)

Oxşar xəbərlər