Bu qiymətləndirməni Ankara Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) eksperti Selenay Erva Yalçın deyib.
Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın sülhə hazır olduğuna nə qədər əmin etsə də, Ankara və Bakının ədalətli narahatlığının aradan qaldırılmasına yönəlmiş konkret addımlar atılmalıdır.
AVİM eksperti vurğulayıb ki, Bakının Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbi heç də sülh prosesini ləngitmək məqsədi daşımır - Azərbaycanın mövqeyi Ermənistandan keçmişdə gələn təhdidlərin təkrarlanmasının qarşısını almaq istəyinə əsaslanır.
O qeyd edib ki, Azərbaycanla tezliklə sülhə nail olmaq üçün İrəvan nəinki Konstitusiyaya yenidən baxmalı, həm də Bakıya qarşı hər hansı beynəlxalq iddialardan imtina etməli, həmçinin müşahidəçiləri Azərbaycan sərhədlərindən uzaqlaşdırmalıdır.
“Paşinyanın sülhə hazır olması ilə bağlı açıqlamaları şübhəsiz ki, müsbət siqnaldır, lakin bu, kifayət deyil”, – deyə Selenay Erva Yalçın əlavə edib. (AZƏRTAC)