Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Vakant vəzifə |
Aylıq vəzifə maaşı (manat) |
Aşpaz |
499 |
Qabyuyan |
437 |
Gözətçi |
420 |
Fəhlə |
420 |
Xadimə, xidmətçi |
384 |
Yuxarıda göstərilən vəzifə maaşlarına qüvvədə olan qanunvericiliyə uyğun olaraq əmək şəraitinə görə əlavələr daxildir. Həmçinin, işçinin səmərəli fəaliyyətinə görə mükafatların verilməsi nəzərdə tutulmuşdur.
Maraqlananlar aşağıda göstərilən sənədləri career@anama.gov.az ünvanına göndərməlidir.
müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;
şəxsiyyət vəsiqəsinin surəti;
təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, arayış və s.);
əmək kitabçasının surəti (olduğu halda).
Sənəd qəbulu cari ilin 31 may tarixinədək həyata keçiriləcək.
Seçim zamanı işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcək.