Bu barədə dosent Xatirə Quliyeva bildirib ki, monoqrafiya Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilib. AMEA İctimai Elmlər Bölməsinin qərarı ilə çapa tövsiyə olunmuş əsər 5 fəsildən ibarətdir.
“Heydər Əliyevin böyük siyasət yolu” monoqrafiyasının elmi məsləhətçisi və “Ön söz” müəllifi AMEA-nın prezidenti akademik İsa Həbibbəylidir. Elmi redaktoru isə AMEA-nın İctimai Elmlər Bölməsi Elmi şurası sədrinin müavini akademik Nərgiz Axundovadır. Əsərə Naxçıvan Dövlət Universitetinin professoru, fəlsəfə elmləri doktoru Məmməd Rzayev, Kiyev Əqli Mülkiyyət və Hüquq Akademiyasının professoru, hüquq elmləri doktoru Arif Quliyev rəy veriblər. Monoqrafiyanın məsul redaktorları tarix elmləri doktoru Röfət Quliyev və AMEA Tarix və Etnologiya İnstitutunun Heydərşünaslıq şöbəsinin aparıcı elmi işçisi Günel Aslanlı, redaktorları Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin əməkdaşları Sevinc Nisa Quliyeva və Lalə Əliyevadır. (AZƏRTAC)