Bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli deyib.
"Bunu Cənab Prezident öz çıxışlarında da dəfələrlə qeyd edib. Son 200 ildə azərbaycanlı soydaşlarımıza qarşı edilən aktlara görə, həmin torpaqlara qayıdışımız beynəlxalq zəmanətlə ola bilər", - o əlavə edib.
İcma sədri son 35 ildə Azərbaycanın tarixi torpaqlarında infrastrukturun dağıdıldığını qeyd edib: "Bizim insanlarımız ora qayıdarkən onlar üçün yaşam şəraiti bərpa edilməlidir. Və o adamlar öz tarixi torpaqlarında vətəndaş kimi həyatlarını davam etdirməlidirlər". (APA)