Tədbir başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra Füzuli RİHB-nin müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vüqar Teymurov çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət tərəfindən ekoloji problemlərin həlli, yaşıllıqların genişləndirilməsi və qorunması, fiziki aktivliyin, sağlam həyat tərzinin təbliği istiqamətində atılan addımlardan, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində rayonda keçirilən tədbirlərdən, aksiyalardan danışdı.
Daha sonra 9 saylı Regional Ekologiya və Təbii sərvətlər İdarəsinin sektor müdiri İsrafil Paşayev mövzu ətrafında geniş məruzə ilə çıxış etdi.
Tədbir mövzu ətrafında müzakirələrlə davam etdirildi.
Hazırladı: Mina RƏŞİD