31.07.2025, 16:11
AZ EN
23.11.2024, 11:29 311

Qubadlı sakinlərinin növbəti səyyar qəbulu Sumqayıtda keçirilib

XƏBƏRLƏR
  • Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun növbəti səyyar qəbulu Abşeron rayonu, St.Sumqayıtda məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə yerləşən Qubadlı rayon Balakişi Hüseynov adına Dəmirçilər kənd tam orta məktəbində keçirilib.

Qəbulda Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİHB-nın inzibati ərazi darəsi üzrə nümayəndələri və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak ediblər.

Qəbul zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin bəziləri yerində həll olunub. Bəzi məsələlər üçün müvafiq izahatlar verilib. Digər müracət edənlər isə görülən işlərə görə minnətdarlıq bildiriblər. Onların arzu və təklifləri həssaslıqla dinlənilib, qaldırdıqları məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.

Qəbuldan razı qaldıqlarını bildirən sakinlər, məcburi köçkün həyatı yaşadıqları dövrdə problemlərinin həllində köməklik göstərən, onlara yaxından dəstək olan Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildiriblər.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər