01.08.2025, 14:42
AZ EN
19.11.2024, 15:47 283

Qarabağ Universiteti ilə "ACCA" arasında əməkdaşlıq görüşü keçirilib

XƏBƏRLƏR
  • Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinin dekanı Ceyhun Məmmədov və İqtisadiyyat və menecment kafedrasının müdiri Firudin Sultanov “ACCA Global”ın bazarın inkişafı üzrə meneceri Senem Ross-Forrester ilə əməkdaşlıq müzakirələrinə dair görüş keçirib.

Görüşdə Qarabağ Universiteti ilə "ACCA" arasında potensial əməkdaşlıq imkanları, xüsusilə mühasibat və maliyyə ixtisaslarının "ACCA" proqramları üzrə azadolma akkreditasiyası məsələləri müzakirə edilib.

Bu strateji əməkdaşlıq tələbələrə maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğun təhsil almaq, beynəlxalq sertifikatlara sahib olmaq və peşəkar inkişaflarını sürətləndirmək üçün geniş imkanlar yaradacaq.

Qarabağ Universiteti bu əməkdaşlıq çərçivəsində beynəlxalq səviyyədə rəqabət qabiliyyətini daha da artırmağı və tələbələrinə geniş karyera imkanları yaratmağı hədəfləyir.

Qeyd edək ki, 1904-cü ildə Britaniyada təsis edilən "ACCA Global" (Association of Chartered Certified Accountants) beynəlxalq maliyyə və mühasibatlıq sahəsində fəaliyyət göstərən şirkətdir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər