Bunu Vətən müharibəsi qazisi Ramin Şirinov deyib.
"Bütün xalqımızı təbrik edirəm. Çox şükür ki, biz uzun illərdən sonra bütün bayramları bütöv olaraq qeyd edirik. Ölkə rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm ki, Zəfərimizin, onun naminə canından keçənlərin xatirəsinin unudulmaması üçün bu cür abidə, məkanlar yaradılmasına tapşırıq verir. İnanıram ki, bundan sonrakı bayramları Zəngəzurda, Qafanda, Vedidə də keçirəcəyik", - deyə R.Şirinov qeyd edib. (AZƏRTAC)