09.06.2025, 08:22
AZ EN
25.10.2024, 14:49 325

Füzuli rayonunda ağacəkmə aksiyası davam etdirilir

XƏBƏRLƏR
  • “Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Füzuli rayonunda ağacəkmə aksiyası davam edir. Oktyabrın 17-dən başlanan aksiya çərçivəsində artıq 4111 ağac əkilmişdir. Bunlar əsasən eldar şamı, sərv, gövrüş, akasiya və digər ağac növləridir.

Ağacəkmə aksiyaları Füzuli-Şuşa (Zəfər yolu) avtomobil yolunda, Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun Horadiz şəhəri ərazisindən keçən hissəsində, Hacıqabul-Bəhrəmtəpə-Mincivan magistral avtomobil yolunun Füzuli rayonundan keçən hissəsində davam etdirilir.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər