Bunu Birinci Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan kapitan, Kəlbəcər rayon sakini Əziz Abbasov deyib.
O qeyd edib ki, uzun illər ərzində ən böyük arzusu doğma Kəlbəcəri görmək, yenidən doğma yurduna ayaq basmaq olub. “Yurdumu yuxularımda görürdüm. Hər zaman qaranlıq, dumanlı Kəlbəcər girirdi yuxularıma. Yayı da, qışı da zülmət, soyuq və günəşsiz idi. Kəlbəcər aydınlığa iki il əvvəl qovuşdu. Səmasında doğan günəşin qarşısını kəsən qara buludlar qovulandan sonra nura qərq oldu. Bu gün də mən günəşli, səması aydın Kəlbəcəri görürəm. Çox sevinirəm ki, yenidən öz yurduma ayaq basa bildim. Allahdan arzum idi ki, ölməyib bu günləri yenidən yaşayım. Çox sevinirəm ki, vaxtilə çiyin-çiyinə döyüşdüyüm və şəhid olan döyüş yoldaşlarımın məzarlarını ziyarət edə bildim". (AZƏRTAC)