Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə İƏD üzrə nümayəndələr, bələdiyyələr, hüquq- mühafizə orqanlarının əməkdaşları, gənclər, rayonda fəaliyyət göstərən müxtəlif idarə, müəssisə, təşkilatların əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Füzuli RİHB-nin müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbahar Eyvazova tədbiri giriş nitqi ilə açaraq, Ulu Öndər Heydər Əliyevin ölkəmizdə dövlət miqrasiya siyasətinin formalaşması, idarə olunması və inkişafı üçün mexanizmlərin hazırlanmasına böyük töhfələr verdiyini diqqətə çatdırdı. Prezident cənab İlham Əliyev tərəfindən bütün sahələrdə olduğu kimi miqrasiya siyasəti sahəsində də mühüm yeniliklərə və uğurlara imza atıldığını bildirən Gülbahar Eyvazova, Dövlət Miqrasiya Xidməti tərəfindən müxtəlif bölgələrdə aparılan maarifləndirmə tədbirlərinin böyük əhəmiyyət kəsb etdiyini və zəruriliyini bir daha vurğuladı.
Daha sonra Şirvan RMİ-nin rəis müavini, kiçik miqrasiya xidməti müşaviri Bəhman Quliyev çıxış edərək mövzu ətrafına geniş məruzə etdi və ümumi məlumat verdi.
Şirvan RMİ-nin Vətəndaşların qəbulu və müraciətlərə baxılması şöbəsinin rəisi, kiçik miqrasiya xidməti müşaviri Seyhun Məmmədov “Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə verilən yaşama icazələrinin növləri” mövzusunda, Şirvan RMİ-nin Miqrasiya rejiminə nəzarət bölməsinin baş inspektoru, kiçik miqrasiya xidməti müşaviri Elmir Səmədov “Tənzimlənməyən miqrasiya ilə bağlı görülən tədbirlər” mövzusunda çıxış etdilər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
Hazırladı: Mina RƏŞİD