22.11.2024, 10:42
AZ EN
14.10.2024, 08:35 260

Bu gün Beynəlxalq Standartlaşdırma Günüdür

XƏBƏRLƏR
  • 14 oktyabr Beynəlxalq Standartlaşdırma Günüdür. 1946-cı ilin oktyabrın 14-də 25 ölkənin nümayəndəsi standartlaşdırma üzrə milli qurumların fəaliyyət güclərinin birləşdirilməsi və işlərinin koordinasiyasını həyata keçirmək üçün yeni təşkilatın yaradılması məqsədilə Böyük Britaniyanın paytaxtı Londonda toplaşıb. Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) isə rəsmi olaraq bir il sonra fəaliyyətə başlayıb.

Bu günün standartlaşdırma günü kimi qeyd edilməsi isə ISO-nun prezidenti Faruk Sunterin (Türkiyə) təşəbbüsü ilə 1970-ci ildən qərara alınıb. Həmin dövrdən oktyabrın 14-ü bütün standartlaşdırma üzrə digər qlobal təşkilatlar tərəfindən də qeyd edilir. ISO-ya üzv ölkələrdən başqa, Beynəlxalq Elektrotexniki Komissiya (IEC), Beynəlxalq Telekommunikasiya Birliyi (ITU) və başqa təşkilatlar da bu günün qeyd edilməsinə xüsusi önəm verirlər.

İqtisadiyyatın inkişafında standartlaşdırmanın rolu ildən ilə artmaqdadır. Standartlaşdırmanın əsas məqsədləri istehsalın effektivliyinin artırılması, istehlakçılara çatdırılan mal, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsi, insan sağlamlığının qorunması istiqamətində təhlükəsizlik normalarının daha da təkmilləşdirilməsi, ətraf mühitin qorunması, Ümumdünya Ticarət Təşkilatına üzvlük çərçivəsində tələblərdən biri olan Ticarətdə Texniki Maneələrin aradan qaldırılmasına yardımçı olan standartların yaradılması və digərilərindən ibarətdir. Standartlaşdırma sahəsində Azərbaycan Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO), Avropa Standartlaşdırma Komitəsi (CEN), MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şura (МГС), Bölgələrarası Standartlaşdırma Bürosu (BASB), İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), Beynəlxalq Elektrotexnika Komissiyası (IEC), İslam ölkələrinin Standartlar və Metrologiya İnstitutu (SMIIC) kimi standartlaşdırma üzrə ixtisaslaşmış nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunur.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR