Ötən gün Qərbi Azərbaycan İcmasının rəhbərliyi ilə paraatlet Lamiyə Vəliyevanın görüşü keçirilib.
Bildiyimiz kimi, paraatlet Lamiyə Vəliyeva Paralimpiya Oyunlarında Azərbaycan Respublikasını təmsil etmiş və birincilik qazanmışdır.
Görüşdə ölkəmizə uğurlar qazandıran L.Vəliyevanı təbrik edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli ona növbəti yarışlarda da parlaq qələbələr arzulayıb.
İcmanın Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov paralimpiya çempionunu təbrik edərək uğurlar arzulayıb və həmçinin digər qadın atletlərimizin də bu uğurdan ruhlanaraq gələcəkdə də yeni yeni nailiyyətlərin əldə edilməsinin vacibliyini vurğulayıb.
Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu çempion xanıma uğurlar arzulayıb və bu nailiyyətlərinin davamının gəlməsini bildirib.
Sonra L.Vəliyevaya Qərbi Azərbaycan İcmasının Fəxri Fərmanı, üzvlük vəsiqəsi və döş nişanı təqdim olunub.
Sonda xatirə şəkilləri çəkdirilib.
Tahirə AĞAMİRZƏ