11.11.2024, 17:36
AZ EN
10.10.2024, 14:39 233

Nazir müavini: İşğal dövründə 142 faydalı qazıntı yatağının istismar edilmiş həcmi müəyyənləşdirilib

XƏBƏRLƏR
  • İşğaldan azad olunmuş ərazilərdə ümumilikdə 142 mineral xammal yatağında monitorinq təftiş işləri aparılıb və işğal dövründə istismar edilmiş həcmlər müəyyənləşdirilib.

Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

O bildirib ki, həmçinin yeraltı su yataqlarının istismar ehtiyatlarının yenidən qiymətləndirilməsi layihələri üzrə 170-dən artıq məntəqədə yoxlama-təftiş işləri yerinə yetirilib.

Vüqar Kərimov deyib ki, Bəsitçay Dövlət Təbiət Qoruğunun və Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyətinin bərpası çərçivəsində ərazi xəritələri Nazirlər Kabineti tərəfindən təsdiq olunub və hazırda Arazboyu Dövlət Təbiət Yasaqlığının xəritəsinin, həmçinin Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitar mühafizə zonasının xəritə layihəsi aidiyyəti dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir. (APA)

Oxşar xəbərlər