18.10.2024, 22:15
AZ EN
03.10.2024, 16:27 136

Topçu Vüsal: "Azərbaycanda təhsil almaq istəyirdim, amma..."

XƏBƏRLƏR
  • Qırx dörd günlük Vətən müharibəsindən Topçu Vüsal kimi tanınan Vüsal Şahkərimov tələbə adını qazanaıb. Qəhrəman Azərbaycan əsgərinin simvoluna çevrilən Vüsal Rusiyanın Şimali Qafqaz Federal Universitetində təhsil alacaq.

"Vətən səsi" xəbər verir ki, Vətən müharibəsinin məşhur topçusu "Bizim.Media"ya açıqlamasında deyib ki, hazırda Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsində çalışır. Universitetə qəbul zamanı ixtisasını da həmin sahə üzrə seçib: “İşlədiyim üçün qiyabi təhsil alacam. Azərbaycanda təhsil almaq istəyirdim, amma alınmadı. Şimali Qafqaz Federal Universitetinə sənəd verdim, imtahandan keçdim və qəbul oldum. Buna görə çox sevinirəm”.

Vüsal Şahkərimov Vətən müharibədən sonra həyatında heç bir dəyişiklik olmadığını deyib: “Şəxsi həyatım həqiqi hərbi xidmətə getmədən öncə necə idisə, indi də elədir. Dəyişən, sadəcə, Topçu Vüsal adı tanınmağımdır. O da qismət”.

Xatırladaq ki, Vüsal Şahkərimov 2001-ci il iyunun 29-da Xaçmaz rayonunun Qusarçay kəndində anadan olub. Şəhid Arif Məmmədov adına orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub. Subaydır.

Elxan SALAHOV

Oxşar xəbərlər