Bu sözləri itkin düşmüş azərbaycanlı şəxsin qızı Şahanə Abbasova itkin düşmüş şəxslər mövzusuna həsr edilmiş beynəlxalq konfransın "İtkin düşmüş şəxslərin ailələrinin təcrübələri: onların ehtiyaclarının və üzləşdikləri çətinliklərin müəyyən edilməsi və cavablandırılması, əməkdaşlıq və tərəfdaşlıq sahələri" mövzusunda keçirilən sessiyasında söyləyib.
Uşaqlıqdan ata nəvazişinə həsrət qaldığını diqqətə çatdıran Şahanə Abbasova deyib: “Erməni millətçiləri əliyalın azərbaycanlıların başına olmazın dəhşətlərini gətiriblər. İşğaldan azad edilmiş Azərbaycan ərazilərinə baxanda əsl vandalizmin şahidi oluruq. Ermənistanın cinayətlərinə bu günə qədər lazımi qiymət verilməyib. Beynəlxalq təşkilatların itkin düşmüş doğmalarımızın yerinin müəyyən olunması istiqamətindəki işi bizi qane etmir”. (AZƏRTAC)